Mingəçevirdə binada yanğın oldu

Sosial

02.03.2025 01:56

2012

Mingəçevirdə Heydər Əliyev prospektində yerləşən yeni köçkün şəhərciyində yanğın baş verib.  

TodayPress-in məlumatıma görə, 9 mərtəbəli binanın elektrik təsərrüfatında baş verən qısaqapanma həyəcana səbəb olub. 

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları təhlükəni lokallaşdıraraq yanğının böyüməsinin qarşısını alıb.

tag: Yanğın, Mingəçevir, Heydər Əliyev, Şəhərcik, Köçkün, todaypress.az,