Mingəçevirdə 3 avtomobil toqquşdu

Sosial

05.04.2025 22:00

1448

Mingəçevirdə zəncirvari yol-nəqliyyat hadisəsi olub.

TodayPress "Unikal"a istinadən xəbər verir ki, hadisə Kür çayı üzərindəki körpüdə baş verib. İkisi "Mercedes" markalı olmaqla 3 minik avtomobili toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Qəza səbəbindən körpüdə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

tag: Mingəçevir, Qəza,Toqquşma, Avtomobil, Kür Çayı, Mercedes, todaypress.az,