Mingəçevir su anbarında 1 nəfər bataraq öldü
Sosial
10.07.2024 19:44
Fövqəladə Hallar Nazirliyinin
(FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su
anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
TodayPress nazirliyin saytına
istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb
olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
tag: Mingəçevir,Su anbarı,Batmaq, FHN, todaypress.az,