Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat etdi
Sosial
22.07.2024 22:03
Milli Məclis Aparatının sabiq
rəhbəri Səfa Mirzəyev vəfat edib.
TodayPress xəbər verir ki, bu
barədə Milli Məclisdən bildirilib.
Səfa Mirzəyev uzun sürən xəstəlikdən
sonra vəfat edib.
Qeyd edək ki, Səfa Mirzəyev
1952-ci il mayın 12-də anadan olub.
Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə
diplomu ilə bitirib.
1978–1990-cı illərdə Bakı Dövlət
Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində
çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1990–1992-ci illərdə SSRİ
Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.
1992-ci ildən Milli Məclis
Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin
müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis
Aparatının rəhbəri idi.
1995-ci ildə Azərbaycan
Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub.
11 may 2012-ci ildə Azərbaycan
Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət"
ordeni ilə təltif edilib.
11 may 2022-ci ildə Azərbaycan
Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci
dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
13
may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son
yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. (apa.az)
tag: Milli Məclis , Səfa Mirzəyev, BDU, Sabiq sədr, todaypress.az,