Millət vəkili həyacan təbili çaldı: “O, uşaqların günahı nədir?"
Sosial
03.06.2024 16:42
"Azərbaycanın
ailə modeli hər zaman bütün dünyaya nümunəvi şəkildə nümayiş olunub. Amma görün
indi vəziyyət hansı həddə gəlib çıxıb ki, dünyada selektiv abortlara görə
birinci yerdəyik. O, uşaqların günahı nədir?".
TodayPress
xəbər verir ki, bunu millət vəkili
Hicran Hüseynova Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailədaxili
şiddət və onun fəsadları” mövzunda keçirilən tədbirdə deyib.
Onun
sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə
böyük işlər görür, Milli Məclis bu məsələni daim diqqətdə saxlayır:
"Biz
özümüz də ictimai qınaq vasitəsilə bu işə müdaxilə etməliyik, bundan kənarda
qalmamalıyıq"
Günəş Mərd
tag: Millət Vəkili, Həyəcan, Ailə, Hicran Hüseynova, todaypress.az,