Mikroavtobus piyadanı vuraraq öldürdü
Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Yolu keçmək istəyən Sabirabad sakini 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Zülfəli qızı mikroavtobus tərəfindən vurulub.
Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Mikroavtobus, Qəza, Piyada, Yol-Nəqliyyat, Sabirabad,Ölüm, todaypress.az,