Mikayıl Əliyev küçəsində sürət həddi endirildi
Sosial
08.01.2025 14:30
Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
TodayPress, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd yol hərəkəti təhlükəsizliyini artırmaqdır.
Həmin yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
tag: Bakı,Mikayıl Əliyev,Nəqliyyat Nazirliyi,Yol,Sürət,todaypress.az,