Meyitxanaya gətirilən kişi sağ çıxdı
Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı
kişinin ölmədiyi məlum olub.
TodayPress xəbər verir ki, hadisə bu gün rayonun Tahirli
kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal
Quliyevin meyiti evdə aşkarlanıb.
Daha sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin
sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olması aşkar edilib. O dərhal
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
tag: Cəlilabad, Meyitxana, Ölü, Kişi, Dirildi,todaypress.az,