Metroda faciə - Qatar yoluna düşən sərnişin ölüb
Sosial
02.06.2024 13:56
"28 May" stansiyasına qatar daxil olanda, dəmir yoluna düşən sərnişin ölüb. Xətlərdə yubanma var”.
Bu barədə TodayPress-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Bundan başqa o bilidirib ki, hal-hazırda bəzi stansiyalara sərnişinlərin daxil ola bilməməsi ilə bağlı məlumatlar var:
"Bu da mövcud vəziyyətlə əlaqədardır. Qısa müddət ərzində hərəkət bərpa olunacaq".
Artıq qatarların hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.
Günəş Mərd
tag: Metro, Faicə, Sosial, Hadisə,28 May, todaypress.az,