Metro tarixində rekord sərnişin sayı qeydə alındı
Sosial
27.01.2025 18:27
2024-cü ildə metro tarixində bir gündə daşınan sərnişin sayına görə rekord qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, ötən il sentyabrın 16-da 898 180 sərnişin metrodan istifadə edib.
Məlumata əsasən, 2-ci ən yüksək göstərici də ötən il qeydə alınıb. Belə ki, noyabrın 7-də metrodan 885 786 sərnişin istifadə edib.
"3-cü rekord göstərici isə 2018-ci ilin 24 dekabr tarixinə təsadüf edir. Həmin gün metropoliten 882 254 sərnişinə xidmət göstərib" deyə bildirilib.
tag: Bakı Metropoliteni,Vətəndaş,İstifadə,Rekord,todaypress.az,