Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı
2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.
Bu barədə TodayPress Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
tag: AMB,İnflyasiya,Siyasət,Baza,todaypress.az,