Mənzildən oğurluq, avtomobildən soyğunçuluq edənlər saxlanıldı

Sosial

31.03.2025 12:10

1631

Martın 30-da Nizami rayonunda yerləşən evlərin birindən 500 manat, 200 dollar və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 33 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Rayon ərazisində “Chevrolet” markalı avtomobildən isə soyğunçuluq yolu ilə mobil telefonu talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Şirinov saxlanılıb.  Araşdırma aparılır.

tag: Polis,DİN,Oğurluq,Ev,Maşın,Todaypress.az,