Mənzil qiymətləri artdı: Səbəb ipoteka kreditləridir? - Ekspert AÇIQLADI

Sosial

11.03.2025 14:31

1642

Daşınmaz əmlak bazarında ötən illə müqayisədə müəyyən qiymət artımı qeydə alınıb. 

Əmlak eksperti Ramil Qasımzadə mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, ipoteka kreditlərinin verilməsinin genişlənməsi mənzil bazarına təsir göstərib:

"İpoteka ilə alınan mənzillərə tələbin artması əsasən SSRİ dövründə inşa edilən Kiyev və Leninqrad layihəli binaların qiymətində dəyişiklik yaradıb. Bu tip mənzillərə tələbin çoxalması onların bazar dəyərində müəyyən qədər artıma səbəb olub. Bundan əlavə, çoxmənzilli yeni tikili binalarda ipotekaya yararlı və sahəsi 100 kvadratmetrə qədər olan mənzillərin qiymətində də artım müşahidə olunur".

Ekspert sonda əlavə edib ki, digər əmlak seqmentlərində ciddi qiymət artımı baş verməyib və bazar stabil olaraq qalır. 

Qeyd edək ki, bu ilin fevral ayında Bakıda mənzillərin qiymətləri yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,2 % artıb.

Türkan İsgəndərli

tag: Mənzil,İpoteka,Ramil Qasımzadə,Ekspert,Todaypress.az,

photo