Məktəblərdə 5 gün dərs olmayacaq
Sosial
23.01.2025 04:11
Məktəblərdə
5 gün dərs olmayacaq.
Bu barədə TodayPress-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki,
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin
təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil
müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq. Tətil 27-31
yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin
məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük
iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş
həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi
tətildən sonra ilk iş günüdür.
tag: Tətil, Məktəb, Buraxılış, Qış, Təhsil,todaypress.az,