Məhkumlara pulsuz hüquqi yardım göstərildi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlara pulsuz hüquqi yardım göstərilib.
TodayPress xəbər verir ki, Vəkillər Kollegiyası ilə imzalanmış birgə tədbirlər planına uyğun olaraq həyata keçirilən hüquqi yardım yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində və İxtisaslaşdırılmış müalicə müəssisəsində təşkil edilib.
Vəkillərlə keçirilmiş görüş zamanı 53-ə yaxın məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
tag: Ədliyyə Nazirliyi,Penitensiar Xidmət,Məhkumlar,Hüquqi Yardım,Todaypress.az,


