MEDİA: Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
Sosial
09.10.2024 23:44
“EekadFacts” adlı internet
resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər
ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılıb.
Qeyd olunan
spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev
sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa,
ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz
manipuliyasiya cəhdi kimi qiymətləndiririk.
Vətəndaşlarımızı,
beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və
yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.
tag: MEDİA, Sosial Şəbəkə, Azərbaycan, Fake, EekadFacts, todaypress.az,