Maştağada DƏHŞƏTLİ QƏZA – Xəsarət alanlar var
Sosial
18.06.2024 13:05
Bakıda ağır yol nəqliyyat
hadisəsi baş verib.
TodayPress xəbər
verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. "BMW" markalı
avtomobil idarəetməni itirirək bir neçə avtomobillə toqquşub.
Bakı şəhər Baş Dövlət
Yol Polisi İdarəsindən bildirilib ki, 1994-cü il təvəllüdlü Məmmədşah
Zeynalovun idarə etdiyi BMW marikalı avtomobil idarəetməni itirirək yolun kənarında
dayanan "Mercedes", "Chevrolet" və "VAZ" markalı
avtomobillərə çırpılıb.
Nəticədə ikisi
azyaşlı olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.
Faktla bağlı
araşdırma aparılır. (apa.az)
tag: Bakı,Maştağa, Qəza, Hadisə,todaypress.az,