Masallıda maşın divara çırpıldı, xəsarət alan var
Masallıda yol qəzası olub.
TodayPress xəbər verir ki, hadisə
rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib.
"Opel" markalı
avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə nəticəsində sürücü
xəsarətlər alıb.
Sürücü deformasiyaya uğrayan maşından
çıxarılıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma gedir.
tag: Masallı, Qəza, Avtomobil, Çırpıldı, Xəstəxana,todaypress.az,