Masallıda körpüdən aşan miroavtobus sürücünün üstünə düşdü

Sosial

24.06.2024 20:43

Masallı rayonunda faciəli hadisə baş verib.

TodayPress xəbər verir ki, hadisə Viləş kəndində qeydə alınıb.

Hümmət Rüstəmovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Viləş çayının üstündəki körpüdən keçərkən xarab olub.

Sərinişinləri düşürərək avtomobili təmir etmək istəyən Hümmət Rüstəmov qaldırıcı qurğu ilə maşının arxasını qaldırıb. Bu zaman qurğu yerindən sürüşərək çıxıb, maşın isə onun üstünə düşüb.

Nəticədə Hümmət Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.(lent.az)

tag: Masallı, Mikroavtobus, "Mersedes", Hadisə, todaypress.az,