Masallıda 10 kiloqram narkotik vasitə aşkarlandı

Sosial

13.03.2025 11:45

1373

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirlərlə 37 yaşlı Ceyhun Əliyev saxlanılıb.

Ondan ümumilikdə 10 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,