Magistraturaya 20 mindən çox bakalavr ərizə verdi
Sosial
28.01.2025 11:50
Magistraturaya sənəd qəbulu başa çatıb.
TodayPress xəbər verir ki, yanvarın 13-dən başlayan sənəd qəbulu prosesində 21 min 924 bakalavr ərizəsini təsdiq edib.
Onlardan 20 min 57-si Azərbaycan bölməsi, 1 867-si isə rus bölməsi üzrə olan şəxslərdir.
Qeyd edək ki, imtahan fevralın 16-da keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.
tag: Magistratura,Sənəd,Qəbul,Tələbə,Bakalavr,todaypress.az,