Magistral yollarda görünüş məhdudlaşdırılacaq

Sosial

08.06.2024 09:31

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.

TodayPress xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyunun 8-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimalı var.


tag: Avtomobil yolları, Dağlıq əraz,Milli Hidrometeorologiya Xidməti, Yağıntı, todaypress.az,