Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanıldı
Sosial
11.01.2025 16:10
Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.
tag: Saxta, Əskinas ,Dələduz ,Narkotik, todaypress.az,