Lerikdə zəlzələ oldu

Sosial

09.03.2025 09:00

2002

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə TodayPress-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub" mərkəzin məlumatında diqqətə çatdırılıb.

Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

tag: Zəlzələ,Lerik,Azərbaycan,Güclü,todaypress.az,