Lerikdə meşəlik ərazidən avtomat silahlar tapıldı

Sosial

22.01.2025 09:00

Lerik rayonunda "Palıdlıq" adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TodayPress-ə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 3 ədəd "Kalaşnikov" markalı avtomat silahlar və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb. 

Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb.  Bu istiqamətdə tədbirlər davam etdirilir.

tag: Silah-sursat,Lerik,Əməkdaş,Ov,Todaypress.az,