Lənkəranda ustalar hündürlükdən yıxıldılar, biri öldü
Sosial
04.10.2024 21:16
Lənkəranda ustalar hündürlükdən yıxılıb.
TodayPress xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.
Usta Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov və rayon Sütəmurdov kənd sakini 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov qurduqları "ayaqaltıdan" yıxılıblar.
Ağır xəsarət alan ustalar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Həkimlər,
R.Zülfüqarovun həyatını xilas edə bilməyiblər. O, aldığı xəsarətlərdən ölüb.
Digər yaralı
İ.Səfərova ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə
yerləşdirilib.
Əldə etdiyimiz
məlumata görə, ustalar evlərin birinin çöl tərəfində hündürlükdə bətkeş işi görüblər.
Meyit aidiyyəti
üzrə təhvil verilib.
Faktla bağlı
araşdırma aparılır.
tag: Usta, Ölüm,Lənkəran, Vilvan, todaypress.az,