Lənkəranda evdən külli miqdarda pul və zinət əşyaları oğurlandı - FOTO
Sosial
22.10.2024 11:00
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən ümumilikdə 8800 manat nağd pul və qızıl-zinət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş 27 yaşlı İsmayıl Cəfərli saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TodayPress-ə verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin digər qanunsuz əməlləri də aşkar olunub.
Belə ki, İ.Cəfərlinin ayrı-ayrı vaxtlarda Lənkəran rayonu ərazisində daha 3 evdən pul və qiymətli əşyalar oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
tag: Lənkəran, Oğurluq, Zinət, Pul, todaypress.az,