Lənkəranda avtomobil su kanalına aşdı: 3 yaralı
Sosial
15.06.2024 15:15
Lənkəranda avtomobil su kanalına aşıb.
TodayPress-in verdiyi məlumata görə, hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində baş verib. Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 3-ü, sürücü və Astara rayon sakinləri 1995-ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999-cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Həkimlər onlara küt travma, sağ saitin 1/3-nin termiki yanığı diaqnozu qoyaraq, ilkin tibbi yardım göstəriblər. Xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.(apa.az)
tag: Avtomobil, Səpnəkəran,Lənkəran, Qəza, Su Kanalı, todaypress.az,