Lənkəranda 3 yaşlı uşağı "tok" vurdu

Sosial

15.03.2025 22:30

1371

Lənkəranda həkimlər 3 yaşlı uşağı yenidən həyata qaytarıb.

TodayPress "Unikal"a istinadən bildirir ki, Sabirabad rayon sakini 2022- ci il təvəllüdlü A.Səmədzadə elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub. İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.

Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə göndərilib.

tag: Tok, Azyaşlı, Xəstəxana, Bakı, Lənkəran, todaypress.az,