Lənkəran rayonunda zəlzələ oldu
Bu
gün Lənkəran stansiyasından 19 km şimalda Lənkəran rayonunda zəlzələ qeydə
alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı
Bürosundan TodayPress-ə verilən məlumata görə, yerli vaxtla saat
00:48-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,5-ə bərabər olub.
Dərinliyi 37 km
olan zəlzələ hiss olunmayıb.
tag: Lənkəran, Zəlzələ, Elmlər Akademiyası, Təkan, todaypress.az,