Kürdəmirdə yol qəzasında bir nəfər öldü
Kürdəmirdə ölümlə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, Ramin Bayramovun
idarə etdiyi Canqam markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Tahir
Əkbərovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü
Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma
aparılır.
tag: Kürdəmir, Qəza,Yol- Nəqliyyat,Bakıl, todaypress.az,