Kürdəmirdə “VAZ-2107” “KamAZ”a çırpıldı - Sürücü öldü
Sosial
18.06.2024 08:06
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır (report).
tag: Kürdəmir, İmişli sakini, Bakı-Qazax yolu, Yol-nəqliyyat hadisəsi,todaypress.az,