Kürdəmirdə qəza oldu - Yaralılar var
Kürdəmirdə
ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ağsu–Kürdəmir yolunun Qaraqocalı
kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
TodayPress xəbər verir ki, minik avtomobili Ağsu istiqamətində hərəkətdə
olarkən qarşısında dönmə əməliyyatı edən yük maşınına çırpılıb. Nəticədə minik
avtomobilində olan sürücü və iki sərnişin müxtəlif dərəcəli ağır bədən
xəsarətləri alıblar.
Yaralılar təcili
tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və
həkim nəzarətinə götürülüblər. Faktla bağlı araşdırma aparılır.
tag: Kürdəmir, Qəza, Yaralı, Xəsarət,Ağsu–Kürdəmir, Nəqliyyat, todaypress.az,