Kürdəmirdə qatar yola qəfil çıxan şəxsi vurub öldürdü
Bu gün
saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən
bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin
qatarının qarşısına çıxıb.
ADY-dən TodayPress-ə
verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da,
məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən
dünyasını dəyişib.
ADY mərhumun
ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları
dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə,
həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Qaydalara riayət
etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
tag: Kürdəmir, Qarabucaq, Qatar, Ölüm, ADY, todaypress.az,