Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində öldü
Kürdəmir rayonunda 26 yaşlı oğlan atasının iş yerində
qəfildən ölüb.
TodayPress "Report"a
istinadən məlumat verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1999-cu il
təvəllüdlü Fərasət Azad oğlu Fərzəliyev atasının işlədiyi avtoyuma servisinə
gəlib. Bu zaman o, ürəktutmasından müvazinətini itirərək yıxılıb və həyatını
itirib.
Onun meyiti müayinə olunması
üçün aidiyyəti üzrə təhvil verilib.
tag: Kürdəmir, Ölüm, Ərşəli, Meyit, todaypress.az,