Kürdəmir sakini güllələndi
Sosial
20.06.2024 11:05
Kürdəmirdə silahlı insident olub.
TodayPress-in xəbərinə görə, hadisə gecə saatlarında rayonun Carlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədov arasında mübahisə yaranıb. X.Abdullayev ov tüfəngi ilə R.Məmmədovu güllələyib.
Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Kürdəmir, Sakin, Ölüm, Zərərçəkən, Cinayət, todaypress.az,