Kürdə suyun səviyyəsi artdı

Sosial

25.04.2025 09:46

4

Bəzi çaylarda sululuq artıb. 

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıdə 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm artım qeydə alınıb. 

Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 665 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

tag: Kür,Çay, Sululuq, Səviyyə, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,