Kürdə batan gəncin meyiti tapıldı

Sosial

18.07.2024 22:08

İki gün öncə Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb.

TodayPress xəbər verir ki, 2006-cı təvəllüdlü rayonun Alı Mustafayev küçəsinin sakini Məmmədəliyev S.-in cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Kür, Zərdab,Alı Mustafayev, 2006, todaypress.az,