Külli miqdarda narkotik vasitə ələ keçirildi

Sosial

11.03.2025 11:53

2489

Xəzər dənizi vasitəsi ilə Azərbaycana 10 kiloqramdan artıq narkotik keçirməkdə şübhəli bilinən balıqçılar saxlanılıb.   

TodayPress xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.   

Mart ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanmışdır. 

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri aparılır. 

Qeyd edilib ki, Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

tag: Narkotik,Dövlət Sərhəd Xidməti, Marixuana, Tiryək, todaypress.az,