Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Sosial
08.06.2024 22:16
İyunun 9-da ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.
TodayPress xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboy, Daşkəsən, Ağdam, Tərtər, Bərdə, Şəki, Qax, Zaqatala, Göygöl, Gəncə, Naftalan, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.
Ölkə ərazisində küləkli hava şəraiti iyunun 10-dək fasilələrlə davam edəcək.
tag: Küləkli hava,Milli Hidrometeorologiya Xidməti, Cəlilabad, Daşkəsən, todaypress.az,