Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Sosial

23.02.2025 17:45

2378

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Sarı xəbərdarlığa uyğun olaraq Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallıda qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

tag: Küləkli hava,Sarı ,Xəbərdarlıq,Milli Hidrometeorologiya Xidməti,todaypress.az,