Köşkdən lotereya biletləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Sosial
08.07.2024 21:13
Ucar rayon ərazisində yerləşən
köşklərin birindən ümumi dəyəri 750 manat olan 75 ədəd lotereya bileti
oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Salmanov
polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində
saxlanılıb.
TodayPress xəbər verir ki, bu
barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, onun
yaşadığı ünvana keçirilən baxış zamanı isə narkotik vasitə olan marixuana da
aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
tag: Ucar, Köşk, Lotoreya bileti, DİN, todaypress.az,