“Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər təşkil olundu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Şimal regional mərkəzləri tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Goranboyda və Gəncədə “İnsan hüquqlarının qorunması müasir dövrün fundamental prinsipi kimi”, “Əqli mülkiyyət hüquqlarının qorunması”, “İnsan hüquqlarının müdafiəsi mexanizmləri” və “Keçmişdən gələcəyə müstəqilliyimiz və suverenliyimiz” mövzularında silsilə hüquqi-maarifləndirici tədbirlər keçirilib.
Bu barədə TodayPress-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərdə dövlət müstəqilliyimizin bərpasından sonra ilk milli Konstitusiyanın qəbul olunması, habelə ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlardan bəhs edilib.
Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, xüsusilə də müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
tag: Ombudsman,Konstitusiya Günü,Tədbir,Suverenlik,Todaypress.az,