“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü və Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə Xocahəsən qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
TodayPress xəbər verir ki, aksiya “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi olub.
Aksiyada torpaq-iqlim şəraitinə uyğun seçilmiş ağac növləri əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Ümumilikdə 300 ədəd müxtəlif növ ağac və mövsümi güllər əkilib.
tag: FHN,Ağacəkmə,Aksiya,Tədbir,Todaypress.az,







