Köhnələr yenisi ilə əvəzlənir: 65 yeni vaqon gətiriləcək – RƏSMİ AÇIQLAMA
Sosial
24.06.2024 10:42
"Bakı Metropoliteni"ndə xətlərin böyüməsi, yeni stansiyaların inşası vaqonların alınmasını zəruri edir”.
Bunu TodayPress-ə açıqlamasında "Bakı Metropoliteni"nin Mətrbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, ölkəmizə 65 yeni vaqon gətiriləcək.
“Bu ilin fevral ayında bağlanmış müqaviləyə əsasən, Rusiyanın “Metrovaqonmaş” müəssisəsində istehsal olunmaqla "Bakı Metropoliteni"ninə yaxın bir il ərzində 35 yeni vaqon gətiriləcək. Ümumən isə müqavilə üç il müddətini əhatə edir. Yəni bir il ərzində gətiriləcək 35 vaqondan sonrakı iki il ərzində daha 30 vaqon da “Bakı Metropaliteni”nə çatdırılacaq. Bir məlumatı da qeyd edim ki, bu vaqonlar istismar müddətini başa vurmuş vaqonların əvəzinə xəttə buraxılacaq”.
Qurum rəsmisi onu da əlavə etdi ki, gətiriləcək yeni vaqonlar müasir texnoloji innovasiyalar baxımından sonuncu, dördüncü nəslə aid vaqonlar olacaq.
Günəş Mərd
tag: Vaqon, Yeni, Metropoliten, Bakı, Bəxtiyar Məmmədov, todaypress.az,