“Kişi üçün aliment vermək, ailə saxlamaqdan daha asandır" - EKSPERT

Sosial

07.03.2025 15:42

2400

"Millət vəkili Razi Nurullayev çıxışında bildirib ki, qadınlar aliment üçün boşanır. Maraqlıdır, 246 manatla o, özü bir ay yaşaya bilər?".

İqtisadçı Günay Hüseynova Millət vəkili Razi Nurullayevin boşanma ilə bağlı fikirlərini TodayPress-ə şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda qida, geyim və digər əsas ehtiyacların qiymətləri sürətlə artır: 

"İqtisadiyyatımız güclüdür, lakin bəzi məqamlarda müəyyən boşluqlar var. Ailələrin dağılmasının səbəbinin ən başlıcası iqtisadi amillərlə bağlıdır. Sosial şəbəkələr, televiziya kimi amillərin də cüzi də olsa, buna təsiri var. Efirlərə müğənnilər, şou adamları dəvət olunurlar. Onlar da milyonluq villalarından, maşınlarından danışlar. Belə olanda ailə dağılacaq da".   

Ekspert hesab edir ki, ailəsini dolandıra bilməyən kişi aliment verməkdə çətinlik çəkirsə, onun ailəsini saxlaması daha da mümkünsüz olur:

"İki ay bundan öncə ən ucuz makaronun 500 qramı 25 qəpik idisə, indi 39 qəpik olub. Kartof 50 qəpiyə təklif olunurdusa, indi 95 qəpik olub. Yağın bir kiloqramı 25 manatdan, ətin qiyməti 22-25 manatdan başlayır. Aliment verə bilməyən kişi boşanmasa, ailəsini necə saxlayacaq?". 

Qeyd edək ki, deputat Razi Nurullayev Ombudsmanın 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib ki, boşanmaların günahkarı qadınlar və onların daha sərbəst qalmaq istəməsidir.

Deputatın sözlərinə görə, aliment qadınların boşanmasını stimullaşdırır.   

Türkan İsgəndərli

tag: Günay Hüseynova,İqtisadçı,Boşanma,Aliment,Todaypress.az,

photo