Kimlərin maaşı artıb? – AÇIQLANDI

Sosial

23.04.2025 12:27

18

“Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları yeni, artırılmış redaksiyada verilib”. 

TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, Baş nazirin bu qərarları “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan  Prezidentinin Sərəncamına əsasən imzalanıb.   

“Belə ki, həmin sənədə əsasən, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin həmin sənədin 1-ci hissəsinə uyğunlaşdırılması təmin edilməli idi. Sərəncamın birinci hissəsi isə minimum əmək haqqının artırılması ilə  bağlı idi. Bu o deməkdir ki, minimum əmək haqqında artıma uyğun olaraq baş nazir sözügedən işçilərin maaşlarını artırıb”. 

Deputat bildirib ki, bu ildən minimum əməkhaqqı 16.0 faiz yüksəlsə də, Nazirlər Kabineti vəzifə maaşlarını diferensial artırıb. Yəni, tarif cədvəli üzrə daha az maaş alanlarda daha çox, yüksək əməkhaqqısı olanlarda isə nisbətən az faiz artımlar olunub. Bununla belə, vahid tarif cədvəlinə uyğun olaraq bütün pillələr üzrə artımlar reallaşıb.

Qeyd edək ki, Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan və əməkhaqqları dövlət büdcəsindən ödənilən işçilərin vəzifə maaşlarının məbləğlərini yeni redaksiyada təsdiq edib. 

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,Maaş,Todaypress.az,

photo