Kəmaləddin Heydərov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gəldi

Sosial

05.03.2025 11:28

1852

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gəlib. 

Bu barədə TodayPress-in hadisə yerində olan müxbiri xəbər verir. 

Qeyd edək ki, səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Eyni zamanda yanğınla əlaqədar olaraq polis əməkdaşları və 3 təcili tibbi yardım briqadası da hadisə yerindədir.

tag: Kəmaləddin Heydərov,FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,