Kəlbəcərdə avtomobili betonqarışdıran maşınla toqquşdu, ölən var
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
TodayPress xəbər verir ki, rayon ərazisində "KİA" markalı minik avtomobili qarşıdan gələn betonqarışdıran maşınla toqquşub.
Hadisə zamanı minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Kəlbəcər, Yol-Nəqliyyat, KİA, Avtomobil, Sürücü, Ölüm, todaypress.az,