Jurnalist Mayis Əlizadə Türkiyədə vəfat etdi

Sosial

06.03.2025 21:30

1553

Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə apa-ya mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.
O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Toğrul Əlizadə atasının sabah İstanbulun Yeni Ayazağa məzarlığında dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları, o cümlədən APA ilə əməkdaşlıq edib.

 

tag: Türkiyə, Mayis Əlizadə, Ölüm, Jurnalist, Ürəktutma, todaypress.az,